İspaniya La Liqasının XXIX turunda "Real Madrid" "Leqanes"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, bol qollu görüşdə qapılara 5 top göndərilib. 3:2 hesabı ilə başa çatan oyunda Kilian Mbappe dubla imza atıb. 

"Real Madrid" klubunda debüt mövsümündə 33-cü qolunu vuran fransız ulduz Kristiano Ronaldoya çatıb. "Kral klubu"nda rekord 37 qolla İvan Zamoraya məxsusdur. 

Qolların videosunu təqdim edirik: