Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən Londonun "Çelsi" klubu faydalanmağa çalışıb.
Offsideplus.az xəbər verir ki, bu məqsədlə baş məşqçi Entso Mareska klubun 2 komandası - əsas və 21 yaşlılardan ibarət (U-21) kollektivlər arasında yoxlama matçı keçirib.
Özü də U-21-də müxtəlif yığmaların düşərgəsinə yollanan futbolçular olduğundan əsas heyəti qurmaq mümkün olmayıb. Buna görə də U-16-dan bir neçə oyunçu heyətə cəlb edilib. Bununla belə, "Çelsi"nin əsas komandası yeniyetmə və gənclərdən ibarət kollektiv qarşısında darmadağın olub - 0:3.
Nəticə Entso Mareskanı bərk qəzəbləndirib. O, "Çelsi"nin əsas komandası üçün nəzərdə tutulan istirahət gününü ləğv edib. Dərhal məşqlərə başlayan çalışdırıcı səhvlərin üzərində işləmək üçün yetirmələrinə çoxlu təmrinlər verib.