Mart ayını uğursuz başa vuran Azərbaycan futbol yığması FIFA-nın yeni reytinq cədvəlində geriləyib.

Offsideplus.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 117-ci pillədən 119-a düşüb. Komandamızın hesabında 1150,64 xal var.

Yığmamızın geriləməsinə beynəlxalq yoldaşlıq görüşlərində Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub.

Siyahıda Azərbaycanın qonşuları Şimali Koreya (118-ci) və Toqo (120-ci) yığmalarıdır.

Reytinq cədvəlinin ilk "üçlüy"ündə ən böyük dəyişiklik Fransanın 3-cü pilləni İspaniyaya təhvil verməsidir. Dünyanın ən güclü futbol komandası isə son dünya çempionu Argenatina hesab olunur.