Bölgədəki gərginlik və davam edən hücumlar səbəbindən aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin ləğvi gözlənilir

Offsideplus.az xəbər verir ki, İranın bölgədəki hərbi fəallığı və dron hücumları yarışların təhlükəsizliyini sual altına qoyub. F1 rəhbərliyi və FIA vəziyyəti yaxından izləyir və yekun qərarı 20 mart tarixinə qədər verməyi planlaşdırır.

Yarışların başqa ölkələrə köçürülməsi logistik çətinliklər və qısa vaxt faktoru səbəbindən demək olar ki, mümkün görünmür. Bu yarışların ləğvi Formula 1-ə təxminən 54 milyon funt-sterlinq (Səudiyyə Ərəbistanı yarış üçün təxminən 30 milyon, Bəhreyn isə 24 milyon funt-sterlinq ödəyir) dəyərində gəlir itkisinə bərabər ola bilər.

Komanda rəhbərləri, o cümlədən Toto Volff, təhlükəsizliyin hər şeydən üstün olduğunu vurğulayaraq, qərarı rəhbərliyə buraxıblar. Qeyd edək ki, artıq digər bir çox motorsport tədbirləri, o cümlədən DÇ (WEC) Doha mərhələsi təxirə salınıb.