"Qarabağ"ın futbolçusu Leandro Andrade üçün "Araz-Naxçıvan"la oyunda vurduğu qollar əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, bu matçda dubla imza atıb. Onun ilk qolu Misli Premyer Liqasında vurduğu 40-cı qol kimi tarixə düşüb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
2021/2022 mövsümündə debüt edən və yalnız "Qarabağ"da çıxış edən Andrade Premyer Liqa tarixində 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb.


