"Mançester Yunayted" mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək Kazemironun boşluğunu doldurmaq üçün "Real Madrid"in heyətindəki vəziyyəti diqqətlə izləyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" yayda azı iki mərkəz yarımmüdafiəçisi transfer etməyi planlaşdırır.

İngiltərə klubu Eduardo Kamavinqa və Orelyen Tçuameni ilə yaxından maraqlanır.

"Kral klubu"nun mərkəz xəttinə yeni və böyük transferlər etmək istəyi bu iki oyunçudan birinin gələcəyini sual altına qoyur. Maraqlıdır ki, MY hələ İspaniyaya köçməmişdən əvvəl də hər iki futbolçunu heyətinə qatmağa çalışmışdı.

"Mançester Yunayted"in prioritetlərindən biri İngiltərə Premyer Liqasından oyunçu transfer etmək olsa da, klub rəhbərliyi Avropadakı digər alternativlərə, xüsusilə də "Real Madrid" futbolçularına açıq qapı saxlayır.