"Barselona" klubunun prezidenti Xoan Laporta komandanın sabiq baş məşqçisi Xavinin sözlərinə cavab verib:
Offsideplus.az xəbər verir ki, 63 yaşlı funksioner onun dediklərinin həqiqəti əks etdirmədiyini bildirib:
"Lionel Messinin PSJ-dəki dövründən sonra "Barselona"ya qayıtmalı idi. Lakin atası Xorxe Messi evimə gəlib dedi ki, Mayamidə olmaq Səudiyyə Ərəbistanı və ya Barselonadan daha yaxşıdır. Çünki Barselonada onun üzərində çox böyük təzyiq olacaqdı. Bu, sadəcə olaraq seçimləri təhrif etməyə yönəlmiş bir cəhddir. Xavinin dedikləri həqiqəti əks etdirmir".
Qeyd edək ki, Xavi Messinin yenidən “Barselona”ya qayıtmaq istədiyini lakin son anda məhz Laportanın qərarını dəyişərək transferdən imtina etdiyini bildirmişdi.


