"İnter" İtaliya A Seriyasının bitməsinə üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, bu gecə keçirilən qarşılaşmada "Parma" klubuna 2:0 hesabı ilə qalib gələn "nerazzurrilər" xal fərqini qoruyaraq əlçatmaz olublar. Bu qələbə ilə Milandakı rəqiblərini geridə qoyan komanda, rəsmi olaraq İtaliya çempionu adını qazanıb.
Bu zəfər Milan təmsilçisi üçün xüsusi əhəmiyyət kəsb edir. "İnter" öz tarixində 21-ci dəfə İtaliya çempionluğu sevincini yaşayır.
Çempionluq mövsümün başa çatmasına 3 tur qalmış elan edilib.
"İnter" azarkeşləri hazırda Milan küçələrində klubun 21-ci çempionluğunu böyük coşğu ilə qeyd edirlər.


