Rafinya mövsüm sonunda "Barselona" klubundan ayrılmağı düşünür.
Offsideplus.az xəbər verir ki, artıq onun üçün böyük transfer təklifi də hazırdır.
Səudiyyə Ərəbistanı təmsilçiləri yay transfer pəncərəsində növbəti böyük addımı atmağa hazırlaşır. Bu dəfə hədəf "Barselona" klubunun braziliyalı ulduzu Rafinyadır.
Məlumata görə, ərəb klubları 29 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Kataloniya klubuna 90 milyon avro təklif etməyə hazırdır. İqtisadi çətinliklər yaşayan "Barselona" üçün bu məbləğin kifayət qədər cəlbedici olduğu bildirilir.
Braziliyalı ulduzu Yaxın Şərqə gəlməyə razı salmaq üçün təkcə kluba deyil, futbolçunun özünə də nəhəng müqavilə təklif olunur:
Rafinyaya mövsüm başına təxminən 30 milyon avro maaş paketi təqdim edilib. Səudiyyə tərəfi bu yüksək rəqəmlərlə dünya ulduzunu öz liqalarına cəlb etməkdə israrlıdır.


