"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasındakı qələbə sayını 50-yə çatdırıb.
Offsideplus.az xəbər verir ki, qərb təmsilçisi Misli Premyer Liqasının XXIII turunda "Neftçi"ni minimal hesabla (1:0) məğlub edərək öz tarixinə düşəcək əlamətdar nəticəyə imza atıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Onlar yubiley qalibiyyətlərinə 131-ci matçda çatıblar. Komanda indiyədək qazandığı qələbələrin 26-sını doğma meydanda, 24-nü isə səfər qarşılaşmalarında əldə edib.
Bununla da "Turan Tovuz" ölkə çempionatı tarixində ən azı 50 dəfə meydandan qalib ayrılan 26-cı klub adına sahib olub.
Qeyd edək ki, 2022/2023 mövsümündən etibarən elitada mübarizə aparan komandanın ilk qələbəsi 2022-ci ilin avqustunda "Səbail"lə görüşə təsadüf etmişdi.


