Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə Xırdalan şəhərində yerləşən 11 saylı tam orta məktəbdə maraqlı görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbir çərçivəsində məşhur güləşçilər şagirdlərə idman karyeralarındakı uğurlar, keçdikləri çətin yol və bu yolda qazandıqları təcrübələr barədə danışaraq, gənclərə öz dəyərli məsləhətlərini veriblər.
Görüşün əsas məqsədi məktəblilərin sağlam həyat tərzinə marağını artırmaq, onları idmana həvəsləndirmək və güləşin incəlikləri haqqında maarifləndirməkdir.
Eyni zamanda, bu cür "ustad dərsləri" gənc nəslin motivasiyasının yüksəldilməsinə və idman sahəsində keyfiyyətli kadr bazasının formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.


