"Barselona"nın baş məşqçisi Hans Flik bu mövsüm İspaniya çempionluğu, İspaniya Kuboku və Çempionlar Liqasını qazanma ehtimalı ilə bağlı suallara cavab verib.
Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları deyib:
“Bunu arzulaya bilərik, amma əsas istədiyimiz şeyə fokuslanmalıyıq. Evə qayıdacağıq, yatacağıq, sonra isə məşqlərə və bərpa prosesinə başlayacağıq. Növbəti rəqibimiz "Betis"dir. Gələcək bir neçə həftə çətin olacaq, amma bizdə fantastik komanda var. Klub və azarkeşlər komanda ilə fəxr edə bilərlər".
Qeyd edək ki, İspaniya Kubokunun finalında “Real” və “Barselona” qarşılaşacaq. Bu komandalar bir-birinə qarşı finalda 8-ci dəfə qarşılaşacaqlar. Daha əvvəl “El Klasiko”da 4 dəfə Madrid təmsilçisi, 3 dəfə isə “Barselona” qalib gəlib. Xatırlatmaq lazımdır ki, “Barselona” – “Atletik” finalı 9 dəfə keçirildiyi üçün İspaniya Kubokunun ən çox baş tutan final matçı olub.