Sumqayıtda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş MMA üzrə yarış keçiriləcək.
Bu barədə Offsideplus.az saytına turnirin təşkilatçısı, ASED FIGHTING CHAMPIONSHIP-in təsisçisi Turan Qulamzadə məlumat verib.
Onun sözlərinə görə, ASED-16 adlanan yarışda 12 döyüş baş tutacaq. Bütün görüşlər mayın 7-də Sumqayıt Olimpiya İdman Kompleksində olacaq. Təşkilatçılar turnirin açılış mərasiminə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovu da dəvət ediblər.
Xatırladaq ki, bu seriyadan olan son yarış - ASED-15 bu il fevralın 22-də Bakıda "Sərhədçi" İdman Mərkəzində keçirilib.