Argentinalı ulduz futbolçu Lionel Messi peşəkar karyerasında 856-cı qolunu vurub.
Offsideplus.az xəbər verir ki, "İnter Mayami" klubunun şərəfini qoruyan 37 yaşlı hücumçu ABŞ çempionatında (MLS) "Toronto"ya qarşı ev matçında fərqlənib.
O, 45+4-cü dəqiqədə cərimə meydançası xətti üzərindən qol vurub. Bu, 2 dəqiqə əvvəl hesab açan "Toronto"ya cavab olub. Messinin 38-ci dəqiqədə vurduğu qol isə rəqib futbolçuya qarşı kobud oyuna görə ləğv edilib. Matç 1:1 hesabı ilə başa çatıb.
Hazırda "İnter Mayami" 6 oyundan 14 xalla Şərq konfransında 2-ci yeri tutur.