"Qalatasaray"a qarşı oyundan sonra (1:2) açıqlama vermədən stadionu tərk edən Joze Mourinyo nəhayət sükutu pozub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün "Trabzonspor"a qarşı oyundan sonra mətbuat konfransında iştirak edib. O, rəqib baş məşqçi Okan Burukun burnuna toxunmasından danışıb.
"1 görüntü 1000 sözdən daha yaxşıdır. Mən indi sizə baş verənləri anlatsam, bu, mənim versiyam olardı. Sözlərin çox da anlamı yoxdur. Görüntülər danışır. Hər kəs də görüntüləri gördü. Əminəm ki, Hollivuddakılar da görüb".