Bu gün Misli Premyer Liqasında XXX turun oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Bakının Bayıl qəsəbəsində keçirilib.
Çempionluğun bir addımlığında olan "Qarabağ" Premyer Liqada qalmaq uğrunda mübarizə aparan sonuncu pillənin sahibi "Səbail"in qonağı olub və rəqibi 1:4 hesablı məğlubiyyətə uğradıb.
11 aprel
“Səbail” – “Qarabağ” 1:4
David Qomis, 72 - Abdullah Zubir, 17; Leandro Andrade, 19; 52; 65
ASCO Arena. Saat 19:00
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov