Türkiyə I Liqasında 33-cü turun qarşılaşmaları keçirilib.
Offsideplus.az xəbər verir ki, lider "Kocaelispor" növbəti qələbəsini qazanıb. İsmet Taşdemirin yetirmələri rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bununla da "yaşıl-qaralar" sona 5 tur qalmış 3-cü yerin 9 xal önündə liderliyini davam etdirib.
Xatırladaq ki, "yaşıl-qaralar" sonuncu dəfə Süper Liqada 2008/09 mövsümündə çıxış edib. O komandanın heyətində Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov və Ramal Hüseynov da yer alırdı.