Misli Premyer Liqasının XXX turunda "Səbail"i 1:4 hesabı ilə məğlubiyyətə uğradan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, 52 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Oyunçularımı təbrik edirəm. Çox şadam ki, oyunu ciddiyə aldılar. Cəmi 1 qol buraxdıq. O da fərdi ustalıq idi. Yanvardan bu günə kimi olan hazırlıq prosesimizdən narazı idim. Çünki oyunlardan vaxt olmurdu. Yalnız bir dəfə buna imkan oldu. Bu dəfəki 8 gün bizə çox faydalı olacaq. Qarşıdan gələn oyunlar üçün böyük bir faydası olcaq. Dediyim kimi bu günə qədər məşq ritmini tuta bilmirdik. Düşünürəm ki, bu çox faydalı olacaq. 

Q.Qurbanov bu gün AFFA-nın Hesabat Konfransında iştirak etməməsini belə əsaslandırıb:

"Düzü, sayını bilimirəm. Mənim hansısa yığıncağa icazəsiz getmədiyim vaxt olmayıb. Hər birinə baxsaq, bizim oyun günümüzə düşüb. Bu gün səhər elə məşqimiz var idi. Oyun günü ümumiyyətlə komandadan ayrılmaq istəmirəm. Üzrsüz iştirak etmədiyim olmayıb. Həmişə onlara bildirmişəm. Mənim vaxtım o qədər çox olmur ki, hamısında iştirak edim". 

"Qarabağ"ın çalışdırıcısı futbolçuların çıxışını dəyərləndirib:

"Qol epizodlarına heç də az girmədik. Addainin də epizodu, Elvinin sürətli reydi oldu. Soyuq havada sonradan oyuna girən oyunçu üçün çətin olur. Ümumi baxsaq, hamısı istəkli idi. Addainin performansına gəlincə, razı deyiləm".

AFFA-nın klublara ayırdığı vəsaitin 3 milyon manatdan 2,5 milyona azaldılmasına Q.Qurbanov belə reaksiya verib:

"Klublara təsir eləyəcək. Bəzi klublar üçün 500 min böyük puldur. Onlar üçün bir neçə oyunçu transferi deməkdir. Başqa sponsorlar tapmalı olacaqlar. Bəzi klublar üçüb problem olacaq, bəli".