Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatı tədricən sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, sərbəst və qadın güləşindən sonra bu gün yunan-Roma növündə mübarizə başlanıb.
Azərbaycan yunan-Roma güləşi yığmasının 5 üzvü bu gün xalça üzərinə çıxıb. "Ağır artilleriya" adlanan komandamızın lideri,dördqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin erməni rəqibini məğlub edərək, finala yüksəlib.
Jalə Əliyeva isə bürünc medala yiyələnib.
55 kq
1/4 final: Eldəniz Əzizli - Vaxtanq Lolua (Gürcüstan) 9:0
1/2 final: Eldəniz Əzizli - Manvel Xaçatryan (Ermənistan) 5:1
Həmyerlimiz sabah finalda mübarizə aparacaq
63 kq
Təsnifat mərhələsi: Murad Məmmədov - Qleb Makaranka (UWW) 6:1
1/4 final: Murad Məmmədov - İvan Lizatoviç (Xorvatiya) 9:0
1/2 final: Murad Məmmədov - Kerem Kamal (Türkiyə) 4:5
İdmançımız sabah bürünc medal uğrunda güləşəcək
87 kq
Təsnifat mərhələsi: İslam Abbasov - Şimon Şimonoviç (Polşa) 4:0
1/8 final: İslam Abbasov- Marsel Stenkerburq (Niderland) 4:1
1/4 final: İslam Abbasov- Ekaus Mukubu (Norveç) 3:1
1/2 final: İslam Abbasov - Semen Novikov (Bolqarıstan) 3:4
İslam sabah 3-cü yer uğrunda çıxış edəcək
77 kq, 1/8 final: Sənan Süleymanov - Ahmet Yılmaz (Türkiyə) 1:2
Həmyerlimiz çempionatı əliboş başa vurub
130 kq
Təsnifat mərhələsi: Beka Kandelaki - Mixaylo Vişnivetski (Ukrayna) 7:1
1/4 final: Beka Kandelaki - Muhammat Hamza Bakir (Türkiyə) 0:2
Türk idmançı finala çıxacağı təqdirdə, təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq
57 kq, 3-cü yer uğrunda görüş: Jalə Əliyeva - Kristina Hemiane (Finlandiya) 10:3
Güləşçimiz Jalə Əliyeva bürünc medala yiyələndi.
Qeyd edək ki, Azərbaycan milli komandası ümumilikdə 24 idmançı ilə Avropa çempionatına qatılıb.
Artıq çıxışını başa vuran 10 sərbəst güləşçimizdən 6-sı fəxri kürsüyə yüksəlib. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıb.
Qadın güləşində 3 təmsilçimiz mübarizəni medalsız başa vurub.