Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, təqvimdə 2 oyun nəzərdə tutulsa da, 3 qarşılaşma keçirilib.
Belə ki, dünən keçirilməsi gözlənilən "Abşeron" - NTD görüşü Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranan problemə görə bu günə təxirə salınmışdı.
Pley-ində ilk 2 qələbəni qazanan komanda pley-offa (1/4 final) vəsiqə əldə edəcək.
Azərbaycan Basketbol Liqası, pley-in, ilk oyunlar
16:00 "Abşeron" - NTD 88:74 (26:13; 26:15; 17:23; 19:23)
Xırdalan, Abşeron OİK
19:00 "Sumqayıt" - "Sərhədçi" 97:123 (16:32; 30:24; 24:28; 27:39)
Sumqayıt OİK
19:00 "Ordu" - "Quba" 91:83 (26:16; 13:16; 17:26; 19:17; OT - 16:8)
Xırdalan, Abşeron OİK
"Gəncə" - "Lənkəran" cütündə hesab 1:0 birincilərin xeyrindəir (96:92).
"Sabah", "Naxçıvan", "Neftçi" və "Şəki" rəqiblərini 1/4 finalda gözləyirlər.