Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev AFFA Məşqçilər Komitəsinin tərkibinə qayıdıb.

Bu barədə Offsideplus.az saytına komitənin sədri Vaqif Sadıqov məlumat verib.

"Əsgər müəllim 2023-cü ildə "İmişli" klubu ilə müqavilə bağladıqdan sonra Məşqçilər Komitəsinin tərkibindən çıxmışdı. Ötən ay o, heyətə qayıdıb", - deyə V.Sadıqov vurğulayıb.

Ə.Abdullayev bu gün komitə üzvləri ilə birgə AFFA-nın XXXIII Hesabat Konfransında iştirak edib.

Qeyd edək ki, AFFA Məşqçilər Komitəsinin 5 üzvü var. V.Sadıqov və Ə.Abdullayevdən savayı, heyətdə Ağasəlim Mircavadov, Şakir Qəribov və Yaşar Vahabzadə yer alır.