Bu gün AFFA -nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasın gündəliyində bir məsələ olub.
Belə ki, II Liqada mübarizə aparan “Hypers Guba” klubunun prezidenti Ayaz Adullayev AFFA İntizam Komitəsinin qərarından şikayət verib.
O, aprelin 1-də II Liqanın XIX turunda “Ağdaş”la oyunun final fitindən sonra hakimi təhqir edib. AFFA İntizam Komitəsi bu hərəkətinə görə klub prezidentini 3 oyun şərti olmaqla 5 oyun cəzalandırıb, 400 manat cərimələyib. Şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunub.
Apellyasiya Arbitraj Tribunalı A.Abdullayein şikayətini təmin etməyib, İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.