"Səbail"in baş məşqçisi Elvin Məmmədov "Qarabağ"a qarşı MPL-nin XXX tur matçından sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis 1:4 hesablı məğlubiyyəti belə şərh edib:

"Bilirdik ki, bizi ağır oyun gözləyir. Uşaqlara təşəkkür edirəm, yaxşı mübarizə apardılar. Çalışağıq ki, qarşıdakı oyunlarda daha yaxşı oynayaq. Yaxşı mübarizə apardıq. Biz oyunçulara bildirmişdik, "Qarabağ" səhvləri bağışlamır. Mən demirəm ki, səhv olmasaydı, biz udardıq. Amma, bəli, qollar bizi sındırdı. Bu yaşda məsuliyyəti mənə verdikləri üçün rəhbərliyə təşəkkür edirəm. Bu, mənim üçün təcrübədir. Nə isə demək üçün tezdir. Ambisiyalı danışmağın mənası yoxdur. Niyə də yox? Ola bilər".

E.Məmmədov özü və rəhbərlik arasında münasibətin necə olduğunu açıqlayıb:

"Siz məndən də yaxşı bilirsiniz, Avropada məndən də gənc məşqçilər işləyir. Zaman keçdi, keçmişi qaytara bilmərik. Bu da mənim üçün təcrübədir. Bu vəziyyəti futbolçu kimi də yaşamışam. Amma çalışıram. Rəhbərlik tərəfindən dəstək var. Ümid sonda ölür. Hələ qarşıda oyunlar var. Futbolda hər şey mümkündür. Hər şey dəyişə bilir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, onun buna görə arqumentləri var. Mən onun yerinə danışa bilmirəm. Mənə görə rəhbərlik hər zaman yanımda olub".