"Real" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə "Arsenal"a 0:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması aprelin 16-da keçiriləcək. 

"Kral klubu"na bu matç öncəsi sevindirici xəbər gəlib. Dani Sebalyos zədəsini sağaldıb.

O, cavab matçında iştirak edə biləcək.

Sebalyos cari mövsümdə 30 oyunda meydanda olub və 2 məhsuldar ötürmə edib.