Fransalı mütəxəssis Patrik Vieyra növbəti mövsüm "Roma"nı çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı çalışdırıcı "canavarlar"ın 4 nəfərlik siyahısına daxildir. Ondan başqa siyahıda Mauritsio Sarri, Vinçentso Montella və Stefano Pioli var.

Bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Vieyra hazırda "Cenoa"nı çalışdırır. Onun komandası 38 xalla A Seriyasında 12-ci yeri tutur.