"Barselona" klubu Conatan Ta yarışından çəkilib.
Offsideplus.az xəbər verir ki, katalon klubu artıq almaniyalı müdafiəçi ilə maraqlanmır.
Bu barədə "SPORT" nəşri məlumat yayıb.
Tanın "Bayer" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, yayda azad agent olacaq və istədiyi kluba transfer ola biləcək.
29 yaşlı futbolçu 2015-ci ildən Leverkuzen klubunda çıxış edir. O, burada ümumilikdə 396 oyuna çıxıb.