"Monte-Karlo Masters" tennis turnirində mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün turnirdə 1/4 final görüşləri keçirilir. Əsas favoritlərdən olan Karlos Alkaras bu mərhələdə fransalı Artur Fislə qarşılaşıb.

Alkaras ilk setdə rəqibinə məğlub olsa da, növbəti iki seti aktivinə yazdıraraq qarşılaşmadab qalib ayrılıb.

İspaniyalının yarımfinalda rəqibi həmvətəni Alexandro Davidoviç Fokina olacaq. Yarımfinal matçları sabah keçiriləcək.