UEFA Millətlər Liqasında yarışan Azərbaycanın qadın futbolçulardan ibarət yığması Monteneqroda məşqlər keçir.

Offsideplus.az xəbər verir ki, milli komandanın üzvləri dünən baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi altında hazırlaşıblar.

C Liqasının 4-cü qrupu çərçivəsində aprelin 4-də səfərdə Litvaya qalib gələn (2:0) xanımlarımız AFFA-nın fotoqrafının obyektivinə yüksək əhval-ruhiyyədə tuş gəliblər.

Milli komandamızın Monteneqro ilə vacib oyunu sabah Bakı vaxtı ilə saat 20-də başlanacaq. 

monteneqro-1

monteneqro-əsas

monteneqro-3  

monteneqro-4 

monteneqro-5 

monteneqro-6 

monteneqro-7 

monteneqro-8

monteneqro-9  

monteneqro-10