Tarixində ilk dəfə Azərbaycan Kuboku uğrunda yarışın yarımfinalında mübarizə aparan “Sabah” 40-cı qolunu vurub.
Offsideplus.az xəbər verir ki, yubiley topuna "Neftçi" ilə səfər matçında Pavol Şafranko imza atıb.
"Bayquşlar"ın 40 qol vurması üçün 21 oyun kifayət edib. Bu qollardan 18-i evdə, 22-si isə səfərdə qeydə alınıb.
"Neftçi Arena"da 2:1 hesabı ilə qalib gələn “Sabah” 11-ci səfərində 5-ci qələbəsini qazanıb. Sözügedən klub kubok yarışlarında 2017/18 mövsümündən iştirak edir.
Qeyd edək ki, "Sabah" və "Neftçi" arasında yarımfinalın cavab görüşü aprelin 23-də keçiriləcək.