Almaniyanın "Leyptsiq" klubunun boş qalmış baş məşqçi postuna Yurgen Klopp təyin olunmayacaq.

Offsideplus.az xəbər verir ki, bunu "Leytsiq"in Müşahidə Şurasının üzvü Oliver Mintslaff bildirib. 

O vurğulayıb ki, 57 yaşlı çalışdırıcının təyinatı hazırda müzakirə mövzusu deyil: "Mən bunu bir az əvvəl edərdim. İndi isə heç kim bunu görmək istəmir. Ona görə mən sözügedən variantı 1000 faiz istina edirəm".

Xatırladaq ki, "Leyptsiq"in baş məşqçisi Marko Rouz ötən həftə istefaya göndərilib. Onun əvəzinə "Liverpul"un sabiq çalışdırıcısı, hazırda "Leyptsiq"in əsas sponsoru olan "Red Bull" şirkətində beynəlxalq futbol şöbəsinə rəhbərlik edən Yurgen Kloppun təyin olunacağına dair məlumatlar yayılmışdı.

Hələlik komandanı oyunlara macar məşqçi Zsolt Lou çıxarır.