Azərbaycan Kuboku uğrunda yarışın bombardirləri siyahısında dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, dünən keçirilən yarımfinal mərhələsinin ilk görüşlərindən sonra braziliyalı futbolçular - "Araz-Naxçıvan"dan Felipe Santos və "Neftçi"dən Yuri Matias siyahının üst pillələrinə doğru irəliləyiblər.

Hər iki futbolçunun hesabında 3 qol var. Onlar digər 3 oyunçu ilə birlikdə siyahıda 1-5-ci yerləri bölüşdürürlər.

Felipe Santos yarımfinalda "Qarabağ"ı, Yuri Matias isə "Sabah"ı məyus edib.

Maraqlıdır ki, Felipe Santos kubokda bütün qollarını 11 metrlik cərimə zərbəsindən vurub. Ümumiyyətlə, "Araz-Naxçıvan"ın son 3 oyununda rəqib qapılarına 4 penalti təyin edilib. "Qarabağ"la matçdan öncə 1/4 finalda "Zirə" ilə həm ev, həm də səfər görüşlərində (Zirədəki qarşılaşmada 2 dəfə) hakimlər Naxçıvan təmsilçisinin lehinə 11 metrlik cərimə zərbəsi qeydə alıblar.

Hazırda kubokda mübarizəni davam etdirən komandaların futbolçuları arasında Santos və Matiasın ən yaxın izləyicisi "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskidir - 2 qol. Hesabında 2 qol olanların ümumi sayı 15-dir. Lakin onların komandaları mübarizəni dayandırdığına görə, yarışın bombardiri olmaq şansı mümkünsüzdür. 

Yarımfinalın digər iştirakçıları "Qarabağ" və "Sabah"da isə 1-dən çox qol vuran yoxdur.

Azərbaycan Kubokunun bombardirləri:

1-5. Yuri Matias, "Neftçi" - 3 qol

1-5. Felipe Santos, "Araz-Naxçıvan" - 3 qol

1-5. Aleks Souza, "Turan Tovuz " - 3 qol

1-5. Kərim Lkoça, "Kəpəz" - 3 qol

1-5. İdris İnqilablı, "İmişli" - 3 qol

6. Ağadadaş Salyanski, "Neftçi" - 2 qol