Ağdamın “Qarabağ” klubu Azərbaycan Kuboku uğrunda yarışda 75-ci səfər oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yubiley matçı yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşmaya təsadüf edib.

Qurban Qurbanovun yetirmələri 75-ci oyunda 20-ci dəfə məğlubiyyət acısı dadıblar (0:1).

Yeri gəlmişkən, bu, “Araz-Naxçıvan”ın yarışda 30-cu qolu olub. Naxçıvan təmsilçisi 30 qol həddinə 19 kubok görüşündə çatıb.

"Qarabağ"la matçda penaltidən fərqlənən Felipe Santos həm də komandasının 10-cu ev qolunun müəllifinə çevrilib.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Kuboku yarışlarında 1993-cü ildən, “Araz-Naxçıvan” isə 2000-ci ildən mübarizə aparır.