NBA ulduzu Stefan Karri KONKAKAF Çempionlar Liqasının “Los-Anceles” və “İnter Mayami” komandaları arasındakı ilk dörddəbir final oyununu stadiondan izləyib. 

Offsideplus.az xəbər verir ki, arşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Stadion ekranında Karri göstərildikdə, Kaliforniya təmsilçisinin azarkeşləri 36 yaşlı basketbolçunu fitə basmağa başlayıblar. Buna cavab olaraq, Stefan da “Los-Anceles” azarkeşlərini reaksiya verib.

Qeyd edək ki, oyunda yeganə qol 57-ci dəqiqədə “Los-Anceles”in hücumçusu Natan Ordaz tərəfindən vurulub. “İnter Mayami”nin əsas ulduzları Lionel Messi və Luis Suares isə oyunun sonunacan meydanda olublar.