NBA-in Qərb konfransının final mərhələsində Viktor Vembanyamanın 33 xal topladığı oyunda "San Antonio Spörs" "Oklahoma Siti Tander"i 103:82 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu qələbə ilə "Spörs" seriyada hesabı bərabərləşdirib – 2:2.
Vembanyama meydanda olduğu 31 dəqiqə ərzində 33 xalla yanaşı, 8 ribaund, 5 məhsuldar ötürmə, 3 blok-şot və 2 topəmretmə ilə yaddan qalıb.
4 qələbəyə qədər davam edən seriyanın növbəti – 5-ci oyunu çərşənbə axşamı Oklahomada, 6-cı qarşılaşma isə cümə axşamı yenidən San Antonioda keçiriləcək.
Qeyd edək ki, "San Antonio Spörs" 2014-cü ildəki çempionluqdan sonra ilk dəfə NBA finalına yüksəlməyə çalışır.
"Oklahoma Siti Tander" isə "Golden Steyt Varriorz"dan (2017-2018) sonra turnirdə ardıcıl iki dəfə çempion olan ilk komanda olmağı hədəfləyir.


