AFFA 10 yaşadək futbolçulardan ibarət "Kürdəmir" və "Lokomotiv" (Ucar) komandalarını çempionatdan uzaqlaşdırıb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı qurumun İntizam Komitəsi qərar verib.
Səbəb həm "Kürdəmir", həm də "Lokomotiv"in U-10 Liqasının axırıncı turunda iştirak etməməsidri. Kürdəmir futbolçuları "Çinar"la səfər matçına getməyiblər. Ucar təmsilçisi isə "Şamaxı"ya qarşı ev matçına çıxmayıb.
Hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə "Kürdəmir" və "Lokomotiv" U-10 Liqasından kənarlaşdırılıb.
Xatırladaq ki, AFFA İntizam Komitəsi ötən həftə U-14 Qızlar Liqasının iştirakçısı "Xan Lənkəran" komandası haqqında analoji qərar vermişdi.