"Qalatasaray" Nurnberq"in futbolçusu Can Uzun ilə maraqlanır.

 Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 17 yaşlı super istedadı heyətinə qatmaq fikrindədir. Mənbəyə görə, "Cim-bom" ilə yanaşı, Almaniya nəhəngi "Bavariya" da Can Uzunu transfer etməkdə maraqlıdır. 

Qeyd edək ki, "10" nömrə mövqeyində çıxış etməyi bacaran hücumçunun "Nurnberq" ilə müqaviləsi 2026-cı ildə başa çatır. "Nurnberq"in U-19 komandasında çıxış edən Can cari mövsüm sözügedən klubun 2-ci komandasında da şans qazanmağa başlayıb. O, 4 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.