"Fənərbağça" prezidentliyinə namizəd Hakan Safinin futbol strukturunda atacağı ən böyük addımlardan biri dünya futbolunun əfsanəvi adlarından biri ilə bağlı olacaq.

Offsideplus.az xəbər verir ki, Safinin futbol üzrə məsləhətçi kimi düşündüyü şəxs "Milan"ın tarixinə damğa vuran Paolo Maldinidir.

Klubda güclü futbol strukturu, skautinq sistemi və Avropa ilə sıx əlaqələrin qurulması yönündə böyük bir təşkilatlanma hədəflənir.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Maldini bu gün axşam İstanbula gələcək. O, bazar günü Hakan Safi ilə birlikdə təşkil olunacaq mətbuat konfransında iştirak edəcək.