"Çelsi" rüsvayçı hərəkəti ilə gündəm olub. 

Offsideplus.az xəbər verir ki, klub dünən "Stemford Bric"də  elektron lövhəyə başqa klubun futbolçularının adını yazıb. 

"Barrou" ilə oyunda stadiondakı ekranda bu komandanın "11-liy"inin adları əvəzinə "Kristal Pelas"ın futbolçularının adları gedib. 

Qeyd edək ki, matç "zadəganlar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.