"Mançester Siti"nin futbolçusu Cek Qriliş 473 gündən sonra İngiltərə Premyer Liqasında qol vurmağı bacarıb.
Offsideplus.az xəbər verir ki, ingilis hücumçu dünən "Lester"in qapısına yol tapıb.
Bu vaxta qədər Qriliş axırıncı qolunu 16 dekabr 2023-cü ildə vurmuşdu.
Yeri gəlmişkən, "Mançester Siti" "Lester"ə 2:0 hesabı ilə qalib gələrək, 4-cü pillədəki mövqeyini qoruyub.