İngiltərə Premyer Liqasında növbəti tur çərçivəsində “Liverpul” öz meydanında “Everton”u 1:0 hesabı ilə məğlub etdi. 

Offsideplus.az xəbər verir ki, bu nəticə “Everton”un baş məşqçisi David Moyes üçün acı bir ənənənin davamı oldu.

Təcrübəli çalışdırıcı rəhbərlik etdiyi komandalarla ardıcıl 20-ci dəfədir ki, “Liverpul”a qalib gələ bilmir. Sonuncu dəfə 2010-cu ildə “Everton”un baş məşqçisi olduğu dövrdə “qırmızılar”a qalib gələn Moyes, o vaxtdan bəri “Mançester Yunayted”, “Sanderland” və “Vest Hem” kimi klublarla bu seriyanı qıra bilmir.