UFC-nin eks-çempionu Con Cons ilk dəfə təşkil olunacaq MVP MMA turnirinin yekunlarını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, idmançı turnirin gecəsini yüksək qiymətləndirib:
"MVP MMA turnirinin fayt-kardı sadəcə inanılmazdır. Ora möhtəşəm döyüşçülər toplaşmışdı. Ronda Rauzinin çıxışı? Möhtəşəm idi. O, tamamilə mənim düşündüyüm ssenari ilə hərəkət etdi. Bir dəqiqədən az müddətdə, səhv etmirəmsə, hardasa 17 saniyəyə qalib gəldi və mən bunu öncədən təxmin etmişdim. O, uzun illər cüdo və ciu-citsu ilə məşğul olub. Bu, bütövlükdə UFC turnirindən daha yaxşı idi", – deyə Cons bildirib.
Qeyd edək ki, MVP MMA turnirinin ikinci əsas döyüşündə (co-main event) Ronda Rauzi Cina Karanoya qalib gəlib.


