27 iyun tarixində Bakıda keçiriləcək UFC Fight Night tədbirinin televiziya üzərindən canlı yayımı bu il də nəzərdə tutulub.
Offsideplus.az xəbər verir ki, "İdman Azərbaycan" kanalı döyüş gecəsinin yayımını nəzərdə tutub. Kanalın direktor müavini Siyavuş Əliyev "Danışıqlar hələ davam edir", deyə bildirib.
Qeyd edək ki, keçən il "İdman TV" baş tutan tədbiri canlı yayımlamışdı.


