FIBA 3x3 Qadınlar Seriyasının Şanxay mərhələsi bu gündən etibarən start götürəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi SOCAR" bu gün ilk oyunlarına çıxacaq.
Qızlar saat 11:25-də B qrupunun təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Saat 13:30-da isə Niderlandın "Amsterdam" komandası ilə qarşılaşacaq.
Canlı yayımı FIBA 3x3 YouTube kanalında izləyə bilərsiniz.


