Joze Mourinyonun "Real Madrid" klubuna gəlişi qarşıdakı həftədə rəsmən açıqlanacaq. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" və portuqaliyalı mütəxəssis arasında 2 illik müqavilə imzalanacaq. Mourinyo klub qarşısına aşağıdakı şərtləri qoyub:

Komanda və paltardəyişmə otağına tam nəzarət;

Klub rəhbərliyindən 0 müdaxilə;

Öz heyəti ilə çalışmaq;

Köklü dəyişikliklər üçün tam razılıq;

Zədə problemlərinə görə fitnes komandası üzərində tam nəzarət; 

Yalnız klub prezidenti əlaqə saxlaya biləcək;

Yay düşərgəsi və hazırlıq oyunlarını özü planlaşdıracaq. 

Qeyd edək ki, "Real"ın hazırkı baş məşqçisi Alvaro Arbeloadır.