"Liverpul"un baş məşqçisi Arne Slot 20 məğlubiyyətə münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin çalışdırıcısı bu sözləri deyib:

"Əlbəttə, bizim kimi top komanda üçün bu qədər məğlubiyyət və itirilən xallar həddindən artıq böyükdür. Bu, ümumilikdə çox tez top buraxmağımızdan asılıdır". 

Qeyd edək ki, "Liverpul" ötən gecə "Aston Villa"ya 2:4 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 5-ci yerdədir.