Braziliyanın rekordçu qolçusu Neymar ciddi zədələrdən sonra bərpa müddətində məruz qaldığı "mənasız" tənqidlərdən danışıb.
Offsideplus.az xəbər verir ki, o, tam hazır olduğunu və Karlo Ançelottinin DÇ-2026 heyətində yer almağa layiq olduğunu sübut etmək üçün əlindən gələni etdiyini bildirib.
"Santos"un hücumçusu zədələr və diz əməliyyatı səbəbindən 2023-cü ildən bəri millidə oynamayıb. Baş məşqçi Ançelotti isə onun heyətə düşmək üçün tam hazır və yaxşı formada olmalı olduğunu vurğulamışdı.
"Santos"un "Koritiba"ya 0:3 hesabı ilə uduzduğu matçdan sonra açıqlama verən Neymar bunları deyib:
"Fiziki olaraq əla hiss edirəm. Çətin günlər oldu. İllərdir çox çalışıram, eyni zamanda vəziyyətim barədə çoxlu mənasız şeylər danışılırdı. İnsanların bu cür danışması həqiqətən üzücüdür.
Evdə səssizcə və əziyyət çəkərək işimi gördüm. İstədiyim nöqtəyə gəlib çıxa bildim və performansımdan razıyam. Nə baş verir versin, Ançelotti bu döyüş üçün mütləq ən yaxşı 26 oyunçunu dəvət edəcək".


