Dani Karvahal "Real"dan ayrılır.
Offsideplus.az xəbər verir ki, Madrid klubu 34 yaşlı müdafiəçinin cari mövsümün sonunda komandanı tərk edəcəyini rəsmən elan edib.
Karvahal "Real"ın öz yetirməsidir. İspaniyalı futbolçu 2002-ci ildən klubun sistemində yer alıb və 2013-cü ildən əsas komandada çıxış edir.
Madrid təmsilçisinin heyətində 450 matça çıxan Dani, 6 Çempionlar Liqası, 4 La Liqa çempionluğu və 2 İspaniya Kuboku da daxil olmaqla, ümumilikdə 27 titul qazanıb.


