Azərbaycan şahmatçıları Astanada keçirilən türkdilli ölkələrin çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Offsideplus.az xəbər verir ki, yarış üç kateqoriyada təşkil olunub:

Qadınlar: Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət milli (kapitan İlahə Qədimova) 10 xalla qızıl medal qazanıb. Qazaxıstan ikinci, Özbəkistan üçüncü olub.

U-16 komandası: Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət yığma (kapitan Fərid Abbasov) 10 xalla çempion olub. Gümüş və bürünc medalları isə Qazaxıstan komandaları qazanıb.

Kişilər: Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin yer aldığı kollektiv 7 xalla yarışı bürünc medalla tamamlayıb.

Beləliklə, Azərbaycan şahmatçıları türkdilli ölkələrin şahmat çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.