"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom üçün Misli Premyer Liqasının XXXII turu əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, "Zirə" ilə matçda fərqlənərək Azərbaycan çempionatında qol sayını 25-ə çatdırıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ramalinqom Premyer Liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub.
“Səbail”də 15 (35 oyun) dəfə fərqlənən fransalı “Sumqayıt”da 10 (28 oyun) qola sevinib.


