"Benfika"nın baş məşqçisi Joze Mourinyo yaxın vaxtlarda "Real Madrid"in sükanı arxasına keçəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Madrid klubu ilə portuqaliyalı mütəxəssis arasında ikiillik müqavilənin şərtləri şifahi olaraq razılaşdırılıb, rəsmi imzaların atılması üçün isə sadəcə sənədləşmə işləri qalıb.

Mourinyonun "Real Madrid"in mayın 23-də "Atletik"lə keçirəcək oyunundan sonra İspaniyaya gələcəyi gözlənilir.

Qeyd edək ki, təcrübəli çalışdırıcı daha əvvəl də (2010–2013-cü illərdə) "kral klubu"nu çalışdırıb və bu müddətdə  La Liqa, İspaniya Kuboku və İspaniya Süperkubokunun qalibi olub.